5 aprel 2026. Bazar günü

Super Liqa klubunda ayrılıq


  • Transfer
  • 16:11 24.12.2022
  • Oxunma sayı: 116
Super Liqa klubunda ayrılıq
Türkiyənin “İstanbulspor” klubu albaniyalı yarımmüdafiəçisi Kristal Abazay ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
26 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Yarımmüdafiəçiyə xidmətlərinə görə təşəkkür edilib, bundan sonrakı karyerasında uğurlar arzulanıb.
 
Abazay 2020/21 mövsümündən etibarən “İstanbulspor”un uğurları üçün çalışırdı. Bu mövsüm cəmi 5 oyunda forma geyinən yarımmüdafiəçi, Türkiyə klubunda bütövlükdə 40 matça çıxıb, 4 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Albaniya yığmasının üzvü karyerası ərzində “Anderlext”, “Kukesi”, “Osiyek”, “Skenderbeu”, “Lufetari” və “Elbasani” kimi klubların da formasını geyinib.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi