3 aprel 2026. Cümə

Berdıyev rəsmən Premyer Liqa klubunda


  • Transfer
  • 13:41 25.12.2022
  • Oxunma sayı: 116
Berdıyev rəsmən Premyer Liqa klubunda
Rusiya Premyer Liqasında çıxış edən “Soçi” klubu yeni baş məşqçisini rəsmən açıqlayıb. Corner.az xəbər verir ki, komandanın "sükan"ı Kurban Berdıyevə tapşırılıb.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 70 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
 
Berdıyev son olaraq Təbriz təmsilçisi “Traktor”un “sükanı arxasında” olub. O, 2001-2013 və 2017-2019-cu illərdə Rusiyanın “Rubin” komandasının “sükanı arxasında” çalışıb. Baş məşqçi 2014-2017-ci illərdə “Rostov”da da işləyib.






Transfer