- Transfer
- 21:53 26.11.2024
İtaliya "İnter"inin futbolçusu Milan Skriniar karyerasını İngiltərədə davam etdirə bilər.
Corner.Az “TeamTALK”-a istinadən xəbər verir ki, slovakiyalı müdafiəçinin xidmətində “Liverpul” və “Tottenhem” maraqlıdır. Sözügedən klublar 27 yaşlı futbolçu üçün Milan təmsilçisi ilə yeni müqavilə imzalamayacağı halda, onunla danışıqlara başlayacaq.
Skriniarın İtaliya nəhəngi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. Onunla PSJ-nin və “Çelsi”nin də maraqlandığı iddia olunurdu.
Skriniar 2017-ci ilin iyulundan “İnter”də top qovur.