İtaliya yığmasının sabiq müdafiəçisi Domeniko Krişitonun yeni klubu bəlli olub. Corner.az xəbər verir ki, 35 yaşlı futbolçu yenidən “Cenoa”ya qayıdıb.
Təcrübəli futbolçu bu ilin iyul ayında məhz “Cenoa”dan ayrılaraq “Toronto”ya keçmişdi. Ötən ay MLS təmsilçisi ilə sözləşməsinə xitam verən futbolçunun karyerasını bitirməyə hazırlaşdığı iddia edilsə də, o, bunu təkzib etmişdi.
Xatırladaq ki, ötən mövsümün sonunda A Seriyasını tərk edən “Cenoa” hazırda B Seriyasında 18 oyuna topladığı 30 xalla 20 iştirakçı aasında 4-cü pillədə yer alır.
Krişito məhz “Cenoa”nın yetirməsidir. “Yuventus” və “Zenit”də də çıxış edən oyunçu, İtaliya yığmasında 26 oyuna keçirib.