5 iyul 2026. Bazar günü

Atletiko'nu Vulverhampton'a dəyişdi


  • Transfer
  • 01:23 26.12.2022
  • Oxunma sayı: 109
Atletiko'nu Vulverhampton'a dəyişdi
İspaniyanın "Atletiko” (Madrid) klubunun hücumçusu Mateus Kunya karyerasını İngiltərənin "Vulverhampton" klubunda davam etdirəcək. Corner.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda, braziliyalı futbolçunun sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə "Vulverhempton"a icarəyə verildiyi vurğulanıb.
 
Braziliyanın əsas millisində 8 oyun keçirən Kunya ölkəsinin U-23 yığması ilə Tokio 2020-nin - Yay Olimpiya Oyunlarının qalibi olub. O, 2021-ci ilin yayından “Atletiko”da forma geyinirdi.






Transfer