27 oktyabr 2024. Bazar günü

Mbappe'nin PSJ-də qalması üçün üç şərti


  • Transfer
  • 17:12 26.12.2022
  • Oxunma sayı: 198
Mbappe'nin PSJ-də qalması üçün üç şərti

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe komandada qalmaq üçün üç şərt irəli sürüb.

Corner.Az "OkDiario" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu rəhbərlikdən braziliyalı oyunçu Neymarın satılmasını, İngiltərə "Tottenhem"inin hücumçusu Harri Keynin alınmasını tələb edib.

Fransalı forvard baş məşqçi postuna isə Zinəddin Zidanın gətirilməsinin tərəfdarıdır. Əks halda Mbappe ölkə çempionunu tərk edə bilər.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Hücumçu cari mövsüm 20 oyuna çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.







Transfer