27 oktyabr 2024. Bazar günü

Niderland futbolçu İngiltərə nəhəngində


  • Transfer
  • 10:37 27.12.2022
  • Oxunma sayı: 106
Niderland futbolçu İngiltərə nəhəngində

Niderland PSV-sinin futbolçusu Kodi Qakpo karyerasını İngiltərə "Liverpul"unda davam etdirəcək.

Corner.az Eyndhoven təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, keçid ölkədə qış transfer dönəmi açıldıqdan sonra baş tutacaq.

23 yaşlı vinger transferdən əvvəl sənədləri imzalamaq və lazımi prosedurlardan keçmək üçün İngiltərəyə yollanacaq.

Müqavilənin təfərrüatı açıqlanmasa da, bunun PSV üçün rekord məbləğ olacağı bildirilir.

Qeyd edək ki, Niderland millisinin də üzvü olan Kodi Qakpo Qətərdə keçirilmiş dünya çempionatında 5 oyuna 3 qolla yadda qalıb. O, cari mövsüm PSV-də 9 qol və 12 məhsuldar ötürmənin müəllifi olub.







Transfer