27 oktyabr 2024. Bazar günü

İtaliyalı futbolçu yenidən Türkiyə klubunda


  • Transfer
  • 10:38 27.12.2022
  • Oxunma sayı: 95
İtaliyalı futbolçu yenidən Türkiyə klubunda
İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Bertolaççinin yeni klubu müəyyənləşib. Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu yenidən Türkiyənin “Fatih Karagümrük” klubu ilə anlaşıb.
 
Bu barədə klubunun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.
 
Bertolaççi 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarına qədər məhz “Fatih Karagümrük”də çıxış edib. O, ötən mövsümün qış fasiləsində bu klubdan ayrılaraq “Kayserispor”la müqavilə bağlamışdı. Lakin ötən ayın əvvəlində Kayseri təmsilçisi ilə müqaviləsinə təktərəfli xitam verən oyunçu sabiq klubuna qayıtmağa qərar verib.
 
Bertolaççi İtaliyada “Roma”, “Leççe”, “Cenoa”, “Milan” və “Sampdoriya”da da forma geyinib, İtaliya yığmasında 5 oyun keçirib.






Transfer