7 aprel 2026. Çərşənbə axşamı

Mançester Yunayted onun üçün 120 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 10:45 27.12.2022
  • Oxunma sayı: 105
Mançester Yunayted onun üçün 120 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” klubu “Benfika”nın yarımmüdafiəçisi Enzo Fernandes üçün 120 milyon avro ödəməyə hazırdır.

Corner.az xəbər verir ki, bu barədə “DaveOCKOP” xəbər portalı portuqaliyalı jurnalist Bruno Andradeyə istinadən məlumat yayıb.

Portuqaliya təmsilçisi argentinalı oyunçunu yalnız yanvarda 120 milyon avroya satacaq. Məlumatıma əsasən, hazırda 120 milyon avro ödəməyə hazır olan yeganə klub “Mançester Yunayted”dir”, -  deyə o, bildirib.

Xatırladaq ki, Enzo Fernandes 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının ən yaxşı gənc futbolçusu seçilib. O, dünya çempionatında 7 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi