7 aprel 2026. Çərşənbə axşamı

Liqa 1 klubunu Sent Etyen'ə dəyişdi


  • Transfer
  • 12:04 27.12.2022
  • Oxunma sayı: 109
Liqa 1 klubunu Sent Etyen'ə dəyişdi
Fransanın “Oser” klubunun hücumçusu Qaetan Şarbonye Liqa 1 təmsilçisindən ayrılıb. Corner.az xəbər verir ki, o, Liqa 2-də mübarizə aparan “Sent Etyen”ə transfer olub.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Sent Etyen” Qaetana görə “Oser”ə 500 min avro ödəyib. 34 yaşlı futbolçu yeni klubu ilə 6 ay + 1 il şərtilə müqavilə bağlayıb.
 
Şarbonye 2021-ci ilin avqustundan “Oser”də forma geyinirdi. O, bu mövsüm sözügedən klubun heyətində meydana çıxdığı 6 oyunda cəmi 1 qol vurub. Təcrübəli hücumçu daha öncə “Brest”, “Reyms”, “Monpelye” və “Anje”də də çıxış edib.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi