5 oktyabr 2026. Bazar ertəsi

Sabah'dan rekordçusu ilə yeni müqavilə


  • Transfer
  • 15:40 27.12.2022
  • Oxunma sayı: 120
Sabah'dan rekordçusu ilə yeni müqavilə
“Sabah” müdafiəçi Amin Seydiyevlə yeni müqavilə bağlayıb. Corner.az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilə kimidir.
 
Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, bu günə kimi komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub.
 
Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.






Transfer