27 oktyabr 2024. Bazar günü

Mançester Yunayted De Xeanı saxlayır - bu şərtlə


  • Transfer
  • 19:00 27.12.2022
  • Oxunma sayı: 93
Mançester Yunayted De Xeanı saxlayır - bu şərtlə
“Mançester Yunayted” qapıçı David de Xea ilə yeni müqavilə imzalamağa yaxındır. Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub 32 yaşlı qolkiperin agentləri ilə danışıqlar aparıb və müqavilənin şərtlərini razılaşdırıb.
 
De Xeanın "qırmızı şeytanlar"la hazırkı müqaviləsi 2023-cü ilin yayınadəkdir. Yeni müqavilə maaşın azaldılması ilə 2 və ya 3 il müddətinə uzadılacağı gözlənilir.
 
De Xea 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir. 32 yaşlı ispaniyalı qolkiper bu mövsüm 20 oyuna çıxıb, 23 qol buraxıb.






Transfer