22 dekabr 2025. Bazar ertəsi

Buskets Barselona'da qalır


  • Transfer
  • 11:05 28.12.2022
  • Oxunma sayı: 119
Buskets Barselona'da qalır

İspaniya "Barselona"sının futbolçusu Serxio Buskets klubdan getmək fikrindən daşınıb.

Corner.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, ispan kapitan komandanın baş məşqçisi Xavi ilə söhbətdən sonra bu addımı atıb.

34 yaşlı yarımmüdafiəçi bundan sonra yeni müqavilə ilə bağlı düşünəcəyini bildirib.

Qeyd edək ki, 2005-ci ildən Kataloniya təmsilçisində çıxış edən Serxio Busketsin müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır. O, "Barselona" ilə 8 dəfə İspaniya La Liqasını qazanıb, 7 dəfə ölkə kubokunun qalibi olub. Həmçinin, 3 dəfə UEFA Çempionlar Liqasında və Superkubokunda, eyni zamanda, klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq