3 aprel 2026. Cümə

Real onun üçün hərəkətə keçdi


  • Transfer
  • 11:28 28.12.2022
  • Oxunma sayı: 136
Real onun üçün hərəkətə keçdi

Almaniyanın "Bavariya" klubunun futbolçusu Alfonso Deyvis karyerasını "Real Madrid"də davam etdirə bilər.

Corner.az  AS nəşrinə istinadən xəbər verir ki, "kral klubu" 2024-cü ilin yayında 22 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir.

Madrid təmsilçisinin rəhbərliyi kanadalı oyunçunun çıxışını bəyəndiyi üçün bu transferdə israrlı olduğu bildirilir.

Qeyd edək ki, 2018-ci ildən "Bavariya"nın formasını geyinən Alfonso Deyvisin müqaviləsi 2025-ci ildə başa çatmalıdır. O, cari mövsüm ölkə çempionunun heyətində 24 oyuna 4 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer