27 iyul 2026. Bazar ertəsi

Azərbaycan millisinin üzvü Çin klubunda


  • Transfer
  • 15:02 28.12.2022
  • Oxunma sayı: 106
Azərbaycan millisinin üzvü Çin klubunda
Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu məlum olub. Corner.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Çində davam etdirəcək.
 
Əliyeva “Şenzen Jonqsay” klubu ilə müqavilə imzalayıb. O, 2022/23 mövsümünün sonunadək bu klubda çıxış edəcək. 
 
Əliyeva mövsümə Filippində başlayıb. O, 2022-ci ilin ikinci yarısını “Çoko Muço Flinq Titans”da keçirib.
 
2015/16 mövsümündə “Azərreyl”də çıxış etmiş voleybolçu həmin vaxtdan sonra ölkə xaricində legioner həyatı yaşayır.






Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər