"Qarabağ”ın futbolçusu Kadi Borgesin Rusiya “Krasnodar”ına keçidi baş tutmaya bilər. Corner.az xəbər verir ki, bu barədə “RB Sport” məlumat yayıb.
26, yaşlı futbolçunun keçidinə əngəl olacaq əsas səbəb kimi Ağdam klubunun tələblərinin yüksək olması göstərilib. Belə ki, tərəflərin braziliyalı furbolçunun transfer məbləği ilə bağlı razılığa gələ bilmədiyi deyilir.
“Qarabağ” məbləğdə güzəştə getməsə, “Krasnodar” Kadinin keçidindən imtina edəcək.
Kadi 2021-ci ildən “Qarabağ”ın formasını geyinir.