22 dekabr 2025. Bazar ertəsi

Rumınlar Neftçi'nin təzminat tələbinə görə razılaşmayıblar


  • Transfer
  • 21:33 28.12.2022
  • Oxunma sayı: 114
Rumınlar Neftçi'nin təzminat tələbinə  görə razılaşmayıblar
"Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın Rumıniyanın “Universitatya” (Krayova) klubuna keçməməsinin səbəbi məlum olub. Corner.az Rumıniya istinadən xəbər verir ki, “Universitatya”nın rəhbərliyi Bakı klubunun baş məşqçi üçün təzminat tələbini müsbət cavablandırmayıb.
 
Regekampfın “ağ-qaralar”la müqaviləsi davam etdiyindən, “Neftçi” qarşı tərəfdən 150 min avro təzminat istəyib. Yalnız bundan sonra Krayova klubunun maliyyə dəstəkçisi Mixai Rotaru Regekampfla işləmək fikrindən vaz keçib.
 
Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq