“Zirə”nin əvəzedici komandasının baş məşqçisi istefaya göndərilib. Corner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, I Divizionda çıxış edən “Zirə-2”nin baş məşqçisi Azər Məmmədovla yollar ayrılıb.
Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında son qoyulub.
Azər Məmmədovun bundan sonra “Səbail”in yeni baş məşqçisi Şahin Diniyevin köməkçisi kimi çalışacağı gözlənilir.
14 turdan sonra 16 xala malik “Zirə-2” I Divizionun turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.