27 oktyabr 2024. Bazar günü

Neftçi'nin futbolçusu Kipr klubuna keçə bilər


  • Transfer
  • 10:37 30.12.2022
  • Oxunma sayı: 124
Neftçi'nin futbolçusu Kipr klubuna keçə bilər

“Neftçi”nin futbolçusu Gilyerme Pato Kiprə yollana bilər.

Corner.az “sportime.sigmalive.com” saytına istinadən xəbər verir ki, adıçəkilən ölkənin bir neçə klubu braziliyalı yarımmüdafiəçinin transferində maraqlıdır.

Azərbaycan təmsilçisi əsas heyətə düşməkdə çətinlik çəkən 21 yaşlı hücumameyilli oyunçunu qış fasiləsində icarəyə verməyi planlaşdırır. Pato, eyni zamanda, “Qəbələ”nin də transfer gündəmindədir.

Qeyd edək ki, Gilyerme Patonun “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.







Transfer