- Transfer
- 21:53 26.11.2024
Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Vüsalə Seyfəddinova Türkiyədə komandasını dəyişib.
Corner.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Amedspor”la anlaşıb.
O, Super Liqanın B qrupunda çıxış edən komanda ilə müqavilə imzalayıb. “Amedspor” Seyfəddinova ilə yanaşı, bir qapıçı və bir müdafiəçini də heyətinə qatıb.
Qeyd edək ki, Vüsalə Seyfəddinova mövsümün ilk dövrəsini Türkiyənin digər klubu “Adana İdmanyurdu”da keçirib.