- Transfer
- 21:53 26.11.2024
Portuqaliyanın "Benfika" klubunun futbolçusu Entso Fernandes karyerasını İngiltərədə davam etdirə bilər.
Corner.az xəbər verir ki, bu barədə tanınmış italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında yazıb.
O, paylaşımında "Çelsi"nin 21 yaşlı yarımmüdafiəçinin klubu ilə danışıqlara başladığını vurğulayıb. Argentinalı oyunçu artıq London təmsilçisi ilə ilkin razılıq əldə edildiyi bildirilib.
Daha əvvəl "Benfika"nın Fernandes üçün 120 milyon avro tələb etdiyi bildirilib.
Qeyd edək ki, Entso Fernandes cari ilin iyulunda Portuqaliya klubuna keçib. O, Argentina yığması ilə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.