7 aprel 2026. Çərşənbə axşamı

Kriştiano Ronaldonun yeni klubu rəsmən açıqlandı


  • Transfer
  • 01:54 31.12.2022
  • Oxunma sayı: 135
Kriştiano Ronaldonun yeni klubu rəsmən açıqlandı
"Qızıl top”un beşqat qalibi Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubu ilə 2 illik müqavilə imzalayıb.

Corner.az xəbər verir ki, bu barədə "Əl Nəsr" rəsmi saytı vasitəsilə məlumat yayıb.

37 yaşlı hücumçunun sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. Portuqaliyalı ulduz futbolçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

“Bu, sadəcə bir hekayədən daha çox şeydir. Bu, təkcə klubumuzu yeni zirvələrə ruhlandırmayacaq, həm də liqamızı və gələcək nəsilləri özümüzün ən yaxşı versiyamız olmağa ruhlandıracaq bir transferdir”, - klubun açıqlamasında qeyd olunub.

Qeyd edək ki, Kriştiano Ronaldo Qətərdə keçirilən dünya çempionatından əvvəl "Mançester Yunayted"lə müqaviləsinə xitam verildiyi üçün Səudiyyə Ərəbistanı təmsilçisinə azad agent kimi keçib.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi