27 oktyabr 2024. Bazar günü

Yuventus onun üçün 40 milyon avro tələb edir


  • Transfer
  • 13:54 01.01.2023
  • Oxunma sayı: 79
Yuventus onun üçün 40 milyon avro tələb edir

"Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Bornmut” amerikalı futbolçu ilə yaxından maraqlanır. Turin təmsilçisi 24 yaşlı futbolçu üçün ən az 40 milyon avro tələb edir. 

Futbolçunun İtaliya nəhəngi ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Makkenni 2020-ci ildən “Yuventus”da top qovur. O, bu mövsüm “qoca sinyora”nın heyətində bütün turnirlər daxil olmaqla 22 matça çıxıb və 3 qol vurub. 







Transfer