- Transfer
- 18:00 21.12.2025
"Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç 36 yaşı olmasına baxmayaraq, karyerasını bitirmək fikrində deyil. Corner.az Bosniya və Herseqovina mətbuatına istinadən xəbər verir ki, İngiltərə “Everton”unun qolkiperi yeni kluba keçməyə hazırlaşır.
Liverpul təmsilçisində əsas heyətdə yer almaqda çətinlik çəkən Beqoviç Şotlandiya klubu “Reyncers”in maraq dairəsinə düşüb. Təcrübəli oyunçunun özü də bu dəyişikliyə müsbət yanaşır. Buna səbəb qlazqoluların ona əsas heyətdə oynamaq təminatı verdiyi vurğulanıb.
Qeyd edək ki, Asmir Beqoviç 2019-20 mövsümünün ilk yarısını icarə əsasında “Qarabağ”ın heyətində keçirib. O, “Everton”a 2021-ci ilin yayında “Bornmut”dan keçib