22 dekabr 2025. Bazar ertəsi

Neftçi'nin hücumçusu kiprlilərin hədəfində


  • Transfer
  • 13:36 02.01.2023
  • Oxunma sayı: 168
Neftçi'nin hücumçusu kiprlilərin hədəfində

"Neftçi”nin hücumçusu Gilyerme Pato ilə maraqlanan Kipr klublarının adı müəyyənləşib. Corner.az xəbər verir ki, sözügedən ölkənin APOEL, “Anortosis”, AEL və AEK klubları braziliyalı futbolçunu heyətinə qatmaq niyyətindədi.

4 yüksək liqa təmsilçilərinin hər biri 21 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırır. Həmçinin paytaxt klubu da əsas heyətə düşə bilməyən oyunçusunu mövsümün sonuna qədər başqa komandaya icarəyə verməyə müsbət yanaşır.

Qeyd edək ki, Gilyerme Patonun “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdi.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq