- Transfer
- 21:53 26.11.2024
"Mənim üçün Belçika millisinin yeni baş məşqçisi Tyeri Anri olacaq. Buna heç bir şübhəm yoxdur, mən bunu açıq etiraf edirəm”. Corner.az xəbər verir ki, bunu Belçika yığmasının futbolçusu Romelu Lukaku deyib.
O, millidə bütün futbolçular Anriyə hörmət etdiyini bildirib: “O, məşq etməyi, zirvəyə qalxmaq üçün nə etməli olduğumuzu bilir, komandanı, heyəti tanıyır. Mənim üçün mükəmməl məşqçidir. Hesab etmirəm ki, komandamız sıfırdan başlamalıdır. Bu nəsil hələ qalib gəlməyib, amma biz çalışmalıyıq. Düşünmürəm ki, futbol federasiyası hər şeyi dəyişmək və yenidən başlamaq istəyən bir məşqçi qəbul etsin”.
Bildirək ki, Anri “Monako”, İtaliyanın “Yuventus”, İngiltərənin “Arsenal”, İspaniyanın “Barselona” və Amerikanın “Nyu-York” klublarında çıxış edib. Fransa, İngiltərə, İspaniya kuboklarının çempionu və qalibi, Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub. Anri eyni zamanda Belçika millisində baş məşqçinin köməkçisi işləyib, Fransa da "Monako" , ABŞ-da "Montreal"ı çalışdırıb.