22 dekabr 2025. Bazar ertəsi

Mamadu Mbodj sabiq klubuna keçir


  • Transfer
  • 13:51 02.01.2023
  • Oxunma sayı: 106
Mamadu Mbodj sabiq klubuna keçir
"Neftçi”nin ötən ay yollarını ayırdığı Mamadu Mbodj karyerasını Litvada davam etdirə bilər. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu sabiq klubu “Jalgiris”lə (Vilnüs) danışıqlar aparır.
 
Seneqallı futbolçu azad agent kimi sözügedən klubla müqavilə imzalamağa yaxındır.
 
Xatırladaq ki, Mbodj 2016-2018-ci illər aralığında məhz Litva klubunun uğurları üçün çalışıb. O, “Neftçi”yə də məhz bu klubdan gəlmişdi. 
 
Mbodj “Neftçi”də keçirdiyi 94 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq