- Transfer
- 21:53 26.11.2024
"Səbail”in keçmiş baş məşqçisi Mahmud Qurbanovun komandadan ayrılmasına qərar verdiyi 4 futbolçudan üçü paytaxt klubunun uğurları üçün çalışacaq. Corner.az xəbər verir ki, braziliyalı arxa xətt oyunçusu Qustavo de França, ukraynalı yarımmüdafiəçi Maksim Çex və portuqaliyalı hücumçu Kizito Luvaqanın “dənizçilər”dən kənarlaşdırılmasına qərar verilmişdi.
Lakin yeni baş məşqçi Şahin Diniyev onların komandada qalmasını istəyib. Yalnz Fakundo Kardozo ilə bağlı qərarxa dəyişiklik edilməyib. O, bundan sonra “Səbail”də top qovmayacaq.
Xatırladaq ki, “Səbail”in mövsümün əvvəlində “Şamaxı”ya icarəyə göndərdiyi Adil Nağıyev də komandaya qayıdıb. Diniyev milli üzvü olan müdafiəçinin də geri qaytarılmasını istəyib. Halbuki, o, məhz əvvəlki baş məşqçinin dövründə heyətdən kənarlaşdırıldığı üçün “Şamaxı”ya keçmək qərarına gəlmişdi.