27 iyul 2026. Bazar ertəsi

Zirə'dən ayrıldı, Neftçi'yə keçir


  • Transfer
  • 14:04 02.01.2023
  • Oxunma sayı: 123
Zirə'dən ayrıldı, Neftçi'yə keçir
"Zirə”nin futbolçusu Nemanya Andelkoviç karyerasını “Neftçi”də davam etdirəcək. Corner.az xəbər verir ki, 25 yaşlı serbiyalı müdafiəçi “ağ-qaralar”ın diqqət mərkəzinə düşüb.
 
Artıq "Zirə" ilə yollarını ayırmış futbolçunun keçidi yaxın günlərdə baş tutacaq.
 
“Zirə” ilə 2021-ci ilin yanvarında 2.5 illik müqavilə imzalamış Andelkoviçin anlaşmasının müddəti mövsümün sonunda başa çatmalı olsa da, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı sonlandırıblar. Qış təlim-məşq toplanışı üçün bu gün Antalyaya yola düşən komandanın heyətində serbiyalı müdafiəçi olmayıb.
 
Qeyd edək ki, Andelkoviç Azərbaycana gəlməmişdən əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor” klublarında çıxış edib (Report).






Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər