27 oktyabr 2024. Bazar günü

Neftçi'dən ayrılan futbolçu Zirə'yə keçir


  • Transfer
  • 19:36 02.01.2023
  • Oxunma sayı: 87
Neftçi'dən ayrılan futbolçu Zirə'yə keçir

 “Neftçi” ilə qarşılıqlı razılaşma əsasında yollarını ayıran Mamadu Mboc karyerasını Azərbaycanda davam etdirə bilər.

Corner.az saytı məlumat verir ki, “Zirə” seneqallı müdafiəçinin xidmətində maraqlıdır.

Tərəflər arasında razılaşmanın əldə olunduğu sadəcə bir neçə xırda detalın müzakirəsindən sonra yaxın günlərdə müqavilə imzalanacağı bildirilir.

Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş 29 yaşlı oyunçu 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qol vurub. O, 2020/2022 mövsümündə Azərbaycan çempionu olub.







Transfer