27 oktyabr 2024. Bazar günü

Diniyev Səbail'in kollektivi ilə görüşdü, köməkçiləri açıqlandı


  • Transfer
  • 21:24 02.01.2023
  • Oxunma sayı: 87
Diniyev Səbail'in kollektivi ilə görüşdü, köməkçiləri açıqlandı
Bu gün “Səbail”in yeni baş məşqçisi Şahin Diniyevin komanda ilə iclası baş tutub. Corner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi oyunçularla tanış olub.
 
O, məşqçilər korpusunun yeni üzvlərini komandaya təqdim edib.
 
Klubdan verilən məlumata görə, Azər Məmmədovla Kərim Diniyev baş məşqçinin köməkçisi təyin olunub. Elmir Xankişiyev fiziki hazırlıq üzrə məşqçi təyin olunubsa, Fuad Əsədov qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
 
Xatırladaq ki, “dənizçilər” sabah qış təlim-məşq toplanışı çərçivəsində Antalyaya yola düşəcəklər.






Transfer