5 iyul 2026. Bazar günü

La Liqadan ayrıldı, Bundesliqa klubuna keçdi


  • Transfer
  • 23:22 02.01.2023
  • Oxunma sayı: 106
La Liqadan ayrıldı, Bundesliqa klubuna keçdi
"Nitsa”nın hücumçusu Kasper Dolberq icarə əsasında çıxış etdiyi “Sevilya”dan ayrılıb. Corner.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonra “Hoffenhaym”ın uğurları üçün çalışacaq.
 
Liqa 1 klubu onu Bundesliqa təmsilçisinə də icarəyə göndərib. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Danimarkalı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə Almaniya klubunda çıxış edəcək.
 
Dolberq 2019-cu ilin avqustundan “Nitsa”nın formasını geyinir. O, Fransa təmsilçisində keçirdiyi 3 mövsüm ərzində 85 oyunda 24 qola imza atıb. İspaniyada ümidləri doğrultmayan futbolçu bu mövsüm “Sevilya”da cəmi 8 oyuna çıxıb və qol vurub. Hücumçu Danimarka yığmasında da 40 matça çıxıb və 11 qol vurub.






Transfer