6 aprel 2026. Bazar ertəsi

Albaniya yığmasının baş məşqçisi bilindi


  • Transfer
  • 17:35 03.01.2023
  • Oxunma sayı: 127
Albaniya yığmasının baş məşqçisi bilindi
Albaniya millisinin yeni baş məşqçisi müəyyənləşib. Corner.az saytı xəbər verir ki, yerli futbol assosiasiyası braziliyalı Silvinyo ilə anlaşıb.

Bir ildir işsiz qalan 48 yaşlı mütəxəssisin təyinatı artıq rəsmi olaraq açıqlanıb. O, bu postda italiyalı Eduardo Reyi əvəzləyib. İki illik müqavilə bağlayan Silvinyonun köməkçiləri isə argentinalı Pablo Zabaleta və brziliyalı Doriva olacaq.
 
Qeyd edək ki, Silvinyo əvvəllər “Lion” və “Korintians”ı çalışdırıb, həmçinin Braziliya millisində köməkçi məşqçi kimi fəaliyyət göstərib.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi