27 oktyabr 2024. Bazar günü

Millinin sabiq üzvü Azərbaycanda bəyənilmədi


  • Transfer
  • 17:55 03.01.2023
  • Oxunma sayı: 103
Millinin sabiq üzvü Azərbaycanda bəyənilmədi

Amerikalı müdafiəçi Eddi Munjoma karyerasını Azərbaycanda davam etdirə bilər. Corner.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı futbolçu Azərbaycandan təklif alıb.

Ona maraq göstərən komandalardan biri isə “Sabah” olub. Amma Munjoman baş məşqçi Murad Musayev tərəfindən bəyənilməyib.

Peşəkar karyerasına ABŞ-ın “Dallas” klubunda başlamış Munjoma ölkəsində “Norz Texas” komandasının da uğurları üçün çalışıb. O, 2021-ci ilin yanvarında yenidən “Dallas”a qayıtmışdı. Yanvarın 1-dən etibarən bu klubdan ayrılan futbolçu hazırda azad agent statusuna malikdir.

Eddi ABŞ-ın aşağı yaş qrupları üzrə yığmalarına da dəvət olunub.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov matc.az saytına açıqlamasında bildirib ki, qış fasiləsində komandaya xeyli futbolçu təklif edilsə də, Munjoma haqda onda hansısa məlumat yoxdur: “Transfer dönəmində bu cür xəbərlər çox çıxır. Bu, normal haldır. Əgər hər hansı futbolçu ilə anlaşma olsa, bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə məlumat verəcəyik”







Transfer