6 aprel 2026. Bazar ertəsi

Nyukasl ÇL-na vəsiqə qazanarsa... Ronaldo Avropaya qayıda bilər


  • Transfer
  • 18:03 03.01.2023
  • Oxunma sayı: 170
Nyukasl ÇL-na vəsiqə qazanarsa... Ronaldo Avropaya qayıda bilər
Səudiyyə Ərəbistanı klubu “Əl Nəsr”ə keçən Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yenidən Avropaya qayıda bilər. Corner.az xəbər verir ki, tərəflər arasında müqavilədə buna icazə verən bənd əlavə olunub.
 
Belə ki, sözləşmədə yer alan bənddə qeyd olunub ki, “Nyukasl” Çempionlar Liqasına vəsiqə qazansa, 38 yaşlı forvard mövsümün sonunda İngiltərə klubuna icarə əsasında yollana bilər. Hər iki klub Səudiyyə Ərəbistanının İctimai İnvestisiyasına məxsus olduğundan, yayda keçidin baş tutmaq ehtimalı olduqca yüksəkdi.
 
Qeyd edək ki, “Nyukasl” hazırda İngiltərə Premyer Liqasında 34 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi