27 oktyabr 2024. Bazar günü

Bernardo Silva yeni klub axtarır


  • Transfer
  • 18:06 03.01.2023
  • Oxunma sayı: 120
Bernardo Silva yeni klub axtarır

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını başqa komandada davam etdirməyi planlaşdırır.

Corner.az xəbər verir ki, portuqaliyalı futbolçu hansı klubda oynayacağına iyunda aydınlıq gələcəyini bildirib: “Hansı variantın daha yaxşı olacağını iyunda görəcəyik. Hazırda bütün diqqətim “Mançester Siti”yə yönəlib. Müqaviləmin müddəti 31 yaşım olanda başa çatacaq. Gizlətmirəm, qarşıdakı illərdə məqsədim başqa komandaya keçmək olacaq”.

Silva 2017-ci ilin yayında “Mançester Siti”yə keçib. Bu mövsüm komandanın heyətində 24 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer