27 oktyabr 2024. Bazar günü

Flamenqo'dan 15 milyonluq transfer


  • Transfer
  • 09:34 04.01.2023
  • Oxunma sayı: 83
Flamenqo'dan 15 milyonluq transfer
Fransa Marsel “Olimpik”i yarımmüdafiəçisi Jerson və müdafiəçi İsaak Tureylə yollarını ayırıb. Corner.az Liqa 1 klubun rəsmi saytına istinadən xəbər verir ki, Jerson Braziliya “Flamenqo”suna satılıb.
 
Fransa klubu bu keçiddən 15 milyon avro qazanıb. 25 yaşlı yarımmüdafiəçi köhnə-yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
 
“Fluminense”nin yetirməsi olan Jerson 2019-2021-ci illər aralığında da “Flamenqo”da çıxış edib. İtaliyada “Roma” və “Fiorentina”nın da formasını geyinmiş futbolçu, 2021-ci ildən “Olimpik”inin uğurları üçün çalışırdı.
 
İsaak Ture isə “Oser”ə icarəyə verilib. 19 yaşlı olan mərkəz müdafiəçisi bu mövsümün sonuna kimi icarədə oynayacaq. “Havr”ın yetirməsi olan İsaak, 2022-ci ilin iyunundan Marsel “Olimpik”ində çıxış edir.






Transfer