27 oktyabr 2024. Bazar günü

Super Liqa klubundan baş məşqçi ilə yeni müqavilə


  • Transfer
  • 09:35 04.01.2023
  • Oxunma sayı: 76
Super Liqa klubundan baş məşqçi ilə yeni müqavilə
Türkiyənin “Kayserispor” klubu baş məşqçisi Çağdaş Atanla yeni müqavilə bağlayıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
42 yaşlı mütəxəssislə 3 illik yeni müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti mövsümün sonunda başa çatacaqdı.
 
Atan bu mövsümün əvvəlindən Kayseri klubuna rəhbərlik edir. O, daha öncə də bu komandada məşqçi kimi çalışıb. Belə ki, gənc mütəxəssis 2017-ci ildə Kayseri təmsilçisində köməkçi məşqçi kimi fəaliyyət göstərib.
 
“Kayserispor” bu mövsüm Super Liqada 15 oyuna topladığı 23 xalla 19 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.






Transfer