27 iyul 2026. Bazar ertəsi

Qarabağ Kadini onunla əvəzləyəcək


  • Transfer
  • 09:36 04.01.2023
  • Oxunma sayı: 1221
Qarabağ Kadini onunla əvəzləyəcək
“Qarabağ” Rusiyanın “Krasnodar” klubuna keçəcəyi gözlənilən Kadi Borgesin əvəzində transfer edəcəyi futbolçunu müəyyənləşdirib. Corner.az xəbər verir ki, Ağdam təmsilçisi müqavilə ilə Donetsk “Şaxtyor”una məxsus olan, hazırda icarə əsasında “Sabah”da çıxış edən Aleksey Kaşuku heyətinə qatmaq istəyir.
 
Bildirək ki, Kadinin bu qış fasiləsində 5 milyon avro qarşılığında “Krasnodar”a keçməsi gözlənilir. “Qarabağ”ın Kaşukun transferi üçün nə qədər xərcləcəyi hələ dəqiq bilinmir. 
 
Aleksey Kaşuk 2022-ci ilin martından “Sabah”da forma geyinir. O, paytaxt klubunda 23 oyuna 10 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. 22 yaşlı vinger “Mariupol”da da çıxış edib.






Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər