1 aprel 2026. Çərşənbə

Qarabağ'ın sabiq futbolçusu 3-cü liqa klubunda


  • Transfer
  • 14:22 04.01.2023
  • Oxunma sayı: 149
Qarabağ'ın sabiq futbolçusu 3-cü liqa klubunda
“Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev bundan sonra Polşanın 3-cü Liqasında mübarizə aparan "Veçistu" komandasının uğurları üçün çalışacaq. Corner.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Bolqarıstandan olan yarımmüdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər. 30 yaşlı oyunçu yeni komandasında 88 nömrəli forma ilə çıxış edəcək.
 
Xatırladaq ki, 2018-2020-ci illər aralığında "Qarabağ"ın şərəfini qorumuş Slavçevin son klubu Polşa "Lexiya"sı olub.






Transfer