22 dekabr 2025. Bazar ertəsi

Real'ın sabiq futbolçusu Qarabağ'a keçir?


  • Transfer
  • 14:57 04.01.2023
  • Oxunma sayı: 222
Real'ın sabiq futbolçusu Qarabağ'a keçir?
İspaniyalı futbolçu  Xese Rodrigesin xidmətində Azərbaycanda daha bir klubu var . Corner.az saytı Portuqaliya mətbuatına istinadən xəbər verir ki, “Ankaragücü”də çıxış edən təcrübəli futbbolçunun xidmətində “Qarabağ” da maraqlıdır.
 
Türkiyə klubundan ayrılmağı iddia edilən 29 yaşlı hücumçunun iki komandadan birinə keçmək ehtimalı bildirilib ki, bunlardan biri Azərbaycan çempionu “Qarabağ”, digəri isə İspaniya “Elçe”sidi.
 
 “Ankaragücü”dən ayrılacağı barədə xəbərlərə münasibət bildirən Xese isə Super Liqa təmsilçisində xoşbəxt olduğunu söyləyib:
 
“Burada özümü çox yaxşı hiss edirəm. Mən burda çox xoşbəxtəm. Çünki nəticələrim çox yaxşıdır. Bu üzdən də yaxşı bir mövsüm keçirmək üçün davam etmək istəyirəm. Sonrasına isə baxacağıq”.
  
Xese “Ankaragücü”nün heyətində meydana çıxdığı 16 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
 
Qeyd edək ki, Rodrigesin “Sabah”ın maraq dairəsində olduğu bildirilsə də, Bakı klubu bunu təkzib etmişdi.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq