“Borussiya” (Münhenqladbax) futbolçusu Kristof Kramerlə müqavilənin müddətini uzadıb. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı almaniyalı futbolçu ilə imzalanan yeni müqavilənin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Kramer 2016-cı ildən “Borussiya”da çıxış edir. O, bu mövsüm komanda ilə Almaniya Bundesliqasında 15 matça çıxıb və 1 məhsuldar ötürmə edib.
“Borussiya” gənc sağ cinah müdafiəçisi Saymon Valde ilə də yeni müqavilə bağlayıb. 18 yaşlı oyunçunun yeni və peşəkar müqaviləsi 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub.