- Transfer
- 21:53 26.11.2024
“Qarabağ”ın futbolçusu Kvabena Ovusu karyerasını Macarıstan “Ferentsvaroş”unda davam etdirəcək.
Corner.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Sport-Express” nəşri yayıb.
Məlumatda, Ağdam təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədər olan qanalı hücumçu yayda azad agent kimi “Ferentsvaroş”la müqavilə imzalayacağı bildirilib. Macarlar 25 yaşlı forvardla yanaşı, Slovakiyanın “Slovan” klubunda çıxış edən müdafiəçi Menti Abena ilə də eyni şərtlərlə razılıq əldə edib.
Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən “Qarabağ”da çıxış edir.