22 dekabr 2025. Bazar ertəsi

Kadinin yeni klubundakı maaşı bilindi


  • Transfer
  • 11:58 05.01.2023
  • Oxunma sayı: 300
Kadinin yeni klubundakı maaşı bilindi

Rusiyanın “Krasnodar” klubunun “Qarabağ”dan transfer etdiyi Kadi Borgesin alacağı məvacib bəlli olub.

Corner.az “vedomosti.ru”ya istinadən məlumatına görə, 26 yaşlı futbolçunun yeni komandasında illik 2 milyon avro maaş alacaq.

Braziliyalı oyunçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq. “Qarabağ”ın bu transferdən 5 milyon avroluq gəlir götürməsi gözlənilir.

Qeyd edək ki, Kadi Borges bu mövsümün ilk yarısında “Qarabağ”ın heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə verib.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq