Niderland millisinin müdafiəçisi Deyli Blindin yeni iş yeri açıqlanıb. Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu Almaniya nəhəngi "Bavariya" ilə anlaşıb.
O, Münhen klubuna qoşulmaq üçün bu gün səhər saatlarında Almaniyaya yollanıb. Müdafiəçinin tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə imza atacağı bildirilir.
Xatırladaq ki, bu mövsüm "Ayaks" forması ilə 19 matça çıxan Blind 2 məhsuldar ötürmə ilə yadda qalıb.