“Zirə” və “Qəbələ”nin sabiq futbolçusu Klesio Bauk karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Corner.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı hücumçunun xidmətində “Səbail” klubu maraqlıdır
Mozambik millisinin üzvü iki gün əvvəl Portuqaliya klubu “Maritimo” ilə yollarını ayırıb, hazırda artıq azad agent statusu daşıyır. “Səbail”in yeni baş məşqçisi Şahin Diniyev Bauku sərəncamında görmək niyyətindədi. Tərəflər arasında artıq ilkin danışıqlar da olub.
Qeyd edək ki, Klesio Bauk 2019-20 mövsümünü “Qəbələ”də, 2020-21 mövsümünü isə “Zirə”də keçirib.