Qanalı futbolçu Abdul-Aziz Yakubunun Misirin “Əl-Əhli” klubuna transferi baş tutmayıb. Corner.az xəbər verir ki, buna səbəb 24 yaşlı hücumçunun səhhətində problemin yaranması olub.
“Əl-Əhli” rəhbərliyi 2,5 milyon avro qarşılığında Portuqaliyanın “Rio Ave” klubu ilə razılığa gəlsə də, oyunçunun tibbi müayinədən keçmədi uğurlu alınmayıb. Çünki futbolçuda xroniki zədələr aşkarlanıb. “Əl-Əhli” ikinci dəfə Yakubunu tibbi testdən keçirmək niyyətindədi.
Qeyd edək ki, “Qarabağ” 2021-ci ilin yayında Abdul-Aziz Yakubu ilə ilkin müqavilə imzalasa da, tibbi müayinə zamanı oyunçunun dizində xroniki zədə aşkarlandığından, Ağdam təmsilçisi transferdən imtina etmişdi.