Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”sunun hücumçusu Mislav Orşiç karyerasını İngiltərədə davam etdirəcək.
Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sauthempton" 27 yaşlı forvardı heyətinə qatıb.
Bu barədə "The Atletic" nəşri məlumat yayıb. Xorvat futbolçu tibbi müayinədən keçdikdən sonra Premyer Liqa təmsilçisi ilə müqavilə imzalayacaq. Premyer Liqa klubu bu keçidə görə Zaqreb klubuna 6 milyon funt-sterlinq ödəyəcək.
Orşiç 2018-ci ilin yayından "Dinamo"da çıxış edir. Xorvatiya millisinin üzvü cari mövsümdə Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 27 matçda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.