27 oktyabr 2024. Bazar günü

Firmino Ronaldo ilə komanda yoldaşı olur


  • Transfer
  • 18:35 05.01.2023
  • Oxunma sayı: 124
Firmino Ronaldo ilə komanda yoldaşı olur

“Liverpul”un futbolçusu Roberto Firmino Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda Kriştiano Ronaldo ilə komanda yoldaşı ola bilər.

Corner.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə danışıqlar artıq yekunlaşmaq üzrədir. Braziliyalı oyunçu başqa təklifləri olmasına baxmayaraq, “Əl-Nəsr”də oynamağı daha üstün tutur.

Ronaldonun ərəblərlə müqavilə bağlaması da Firminonun qərarına təsir göstərdiyi bildirilir. Onun yayda azad agent kimi bu klubla müqavilə bağlanması gözlənilir.

Qeyd edək ki, Roberto Firmino bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 21 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə verib.







Transfer