27 oktyabr 2024. Bazar günü

Ayaks'ın futbolçusu La Liqa klubunda


  • Transfer
  • 22:49 05.01.2023
  • Oxunma sayı: 85
Ayaks'ın futbolçusu La Liqa klubunda
"Ayaks”ın müdafiəçisi Lisandro Maqalyan karyerasını İspaniyada davam etdirəcək. Corner.az xəbər verir ki, İspaniya La Liqasında mübarizə aparan “Elçe”nin 29 yaşlı futbolçunu heyətinə qatıb.
 
Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub. Maqalyan yeni klubuna azad agent kimi keçib.
 
Maqalyan 2019-cu ildən “Ayaks”da çıxış etsə də, Niderland klubunda möhkəmlənə bilməyib. O, Amsterdam təmsilçisində cəmi 9 oyunda meydanda olub. Argentinalı oyunçu  “Alaves”, “Krotone” və “Anderlext”  klublarında icarədə oynayıb.






Transfer